Dünya
Putinin "qardaşı"nın bu ölkəyə girişi qadağan edildi - FOTOLAR
2016-cı ildə Rusiya vətəndaşlığı alan amerikalı aktyor Stiven Siqal illər sonra bu ölkənin təbliğat filmində çəkilib. Putinin yaxın dostu olan aktyorun aldığı kilolar və qeyri-adi görünüşü Qərb mediasının gündəminə çevrilib.
Publika.az xəbər verir ki, 1990-cı illərdə döyüş filmləri ilə tanınan amerikalı aktyor Stiven Siqal yeni çıxan Rusiya təbliğat filmində çəkilib.
Rusiya prezidenti Putinə açıq dəstək verdiyi üçün Hollivuddan uzaqlaşan 72 yaşlı aktyorun "Ədalət naminə" filmindəki görüntüləri bu gün Qərb mətbuatında diqqət çəkib.
Filmdə Siqal müharibənin getdiyi Ukraynaya səfər edir və izah edir ki, ukraynalılar özləri bu müharibəni istəyiblər.
Britaniyanın “Dailymail” qəzetində yer alan məlumata görə, məşhur aktyor azı 20 kilo kökəlib, tanınmaz hala düşüb.
Siqal "qardaşım" və "dünyanın ən böyük liderlərindən biri" adlandırdığı Rusiya prezidenti Vladimir Putinlə yaxın dostdur. 2016-cı ildə Putin ona Rusiya vətəndaşlığı verib. Siqalı beynəlxalq mədəniyyətin və humanitar əməkdaşlığın inkişafına verdiyi mühüm töhfələrə görə “Dostluq” ordeni ilə təltif edib.
Siqal əvvəllər Rusiyanın təbliğat filmlərində çəkilib, hətta 2020-ci ildə çəkilən klipdə ukraynalıları “nasist” adlandırıb. Ukrayna bundan sonra Siqalı “milli təhlükəsizliyə təhdid” hesab edib və ölkəyə girişini qadağan edib.
Aysel Şahmar
-
Hadisə15:46
Yasamal məhkəməsində qadınlar arasında amansız dava - Yerə yıxıb zərbələr endirdi
-
Sosial15:16
Bu şəxslər dəmir yolundan da pulsuz istifadə edəcək
-
Hadisə14:20
Bakıda qadının sevgilisi xərclədiyi pulları onun ərindən tələb etdi - Görün sonu nə ilə bitdi
-
Sosial14:02
Bakının bu ərazilərində söküntü işləri aparılacaq: Sakinlərə bu qədər pul veriləcək
-
Sosial13:35
Sabah 25 dərəcə isti olacaq - PROQNOZ
-
Sosial12:55
Bakıda xarabalığa çevrilən qəsəbə: İki icra başçısı bir-birini günahlandırır
-
Maraq dünyası12:00
Ən çox göz dəyən bürclər - Nəzərdən qaçmaları imkansızdır
-
Sosial11:30
Azərbaycanda vəzifəli şəxslər məsuliyyətə cəlb edildi