Tarix
"Nuhun gəmisi"nin yeri bəlli oldu - Dünyanın ən qədim xəritəsi deşifrə edildi
Britaniya Muzeyində aparılan araşdırmalar təxminən 3 min il əvvələ aid Babil xəritəsində Nuhun gəmisi ilə bağlı maraqlı detallar aşkar edib. “İmaqo Mundi” adlı gil lövhə qədim mifologiyanın və tarixi hadisələrin necə dəyişdirildiyini göstərir.
Publika.az xəbər verir ki, elm adamları təxminən 3 min il əvvələ aid gil lövhə üzərindəki dünyanın ən qədim xəritəsini deşifrə ediblər.
Nəticədə Nuhun gəmisinin də xəritədə yer aldığı məlum olub. Bu lövhə “İmaqo Mundi" kimi tanınan Babil dövrünə aid artefaktdır, içərisində dünyanın yaradılmasını təsvir edən dairəvi diaqram var.

"İmaqo Mundi" astronomiya və gələcəkdən proqnozlar ehtiva edir
Bu lövhə 1882-ci ildə müasir İraqda kəşf edilib. Mixi yazı ilə yazılmış bu qədim mətn, yalnız babillilər tərəfindən istifadə edilmişdir və o dövrdə məlum olan bütün dünyanı əhatə edən bir xəritədir. Bunlarla yanaşı, xəritə astronomik hadisələr və gələcək haqqında proqnozlar da təqdim edir.
Lövhənin arxa hissəsində səyahətçinin səyahəti zamanı nə ilə qarşılaşacağını təsvir edən təlimatlar var. Bu təlimatların birində deyilir ki, “parsiktu” qədər qalın bir şey görmək üçün yeddi fərsəx yol getmək lazımdır. "Parsiktu" termini Böyük Daşqından sağ çıxmaq üçün lazım olan qayığın ölçüsünü təsvir edir.

“Nuhun Gəmisi”ndən işarələr
Xəritənin aşağı ortasında dünyanı əhatə etdiyinə inanılan “Ağrı çayı”nı təmsil edən dairə ilə əhatə olunmuş Mesopotamiya var. Hekayənin Babil versiyasında deyilir ki, Tanrı Ea (Enki) bütün bəşəriyyəti məhv edən daşqın göndərib, Utnapiştim və ailəsi Allahın əmri ilə gəmi düzəldib onu heyvanlarla doldurublar.
Britaniya Muzeyinin kuratoru İrvinq Finkel bildirib ki, bu hekayədə təfərrüatlar var: “Allah deyir: Sən bunu etməlisən və Nuh “Mən bunu etdim!” deyə cavab verir”.

Gəminin ölçüsü məlum oldu
İncildə gəminin bütün cansız varlıqları və dünyanı öz ağuşuna alan 150 günlük sel fəlakətindən sonra Türkiyənin Ağrı dağında yerləşdiyi bildirilir. Ağrı zirvəsinin Nuhun gəmisinin forma və ölçülərinə uyğun gəldiyi qeyd olunur.
Bu o deməkdir ki, gəminin uzunluğu təxminən 155, eni 26 və hündürlüyü 16 metrdir. Gəminin Ağrı dağında sahilə çıxması iddiası elm aləmində hələ də müzakirə olunur. Bəzi elm adamları bu formasiyanın təbiətdə meydana gəldiyini, bəziləri isə onun ali bir gücdən qaynaqlandığını iddia edir.

Tarixi hadisə sayılsa da, əksər elm adamları və arxeoloqlar Nuhun gəmisi hekayəsinin hərfi şərhinə inanmadıqlarını bildirirlər. Bu vəziyyət qədim mətnlərin və mifoloji elementlərin tarix boyu necə şərh edildiyi ilə bağlı müzakirələrə səbəb olur.
-
Avropa02:19Almaniyada Milad bazarı açılmayacaq - Terror təhlükəsi var
-
Qoroskop01:40Günün ulduz falı: Yeni tanışlıqlar üçün uyğun vaxtdır
-
Sosial12 Noyabr 23:55Adnan Əhmədzadənin həyat yoldaşı Azərbaycanı TƏRK ETDİ
-
Region12 Noyabr 22:58Qəzaya uğrayan hərbi təyyarənin qara qutusu Türkiyəyə gətirildi
-
Magazin212 Noyabr 20:48Muazzez Abacı doğum günündə VƏFAT ETDİ
-
Hadisə12 Noyabr 19:30Şəmkirdə də yanacaqdoldurma məntəqəsində yanğın baş verdi - Video
-
Nəqliyyat12 Noyabr 18:30Bakıda axşam tıxacı: Bu yollar keçilməz oldu
-
Ekologiya12 Noyabr 18:20Baş nazir qərar imzaladı: 2035-ci ilə qədər...
















.jpg)


.jpg)



.png)










.jpg)

.jpg)

