Dünya
Türkiyə BMT-də İsrailə qarşı təşəbbüslə çıxış etdi: “Birgə Məktub”
Türkiyə Birləşmiş Millətlər Təşkilatı çərçivəsində İsrailə silah və sursat satışının dayandırılması ilə bağlı beynəlxalq məlumatlılığı artırmaq məqsədi daşıyan “Birgə Məktub” təşəbbüsü ilə çıxış edib.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, diplomatik mənbələrin dediyinə görə, bu təşəbbüs Türkiyənin xarici işlər naziri Hakan Fidan tərəfindən irəli sürülüb və onun əsas məqsədi İsrailin Fələstinin Qəzza zolağında və ümumilikdə Fələstində hərəkətlərinin qarşısını almaqdır.
Məktubda İsrailin həyata keçirdiyi tədbirlər nəticəsində Yaxın Şərqdə artan gərginlik və orada insan hüquqlarının pozulması ilə bağlı təşəbbüsdə iştirak edən dövlətlərin narahatlığı vurğulanır.
Qeyd edək ki, təşəbbüsə 52 ölkə qoşulub.
Məktub BMT-nin baş katibi Antonio Quterreşə, BMT Təhlükəsizlik Şurasının müvəqqəti prezidenti İngiltərəyə və BMT Baş Şurasının sədri Filemon Yanqa göndərilib.
Adəm Abbaslı
-
Magazin106:16Onlar olmadan “Eşref Tek” maraqsız olardı
-
Avropa04:44Trampın xüsusi elçiləri Dublində - Zelenski Rusiyanın təkliflərini rədd etdi
-
Magazin204:14CeyLo dərin yarıqlı cins libasda göz qamaşdırdı - FOTO
-
MDB03:43Rusiya NATO-nun vədinin sənədləşdirilməsini tələb etdi
-
Nida Xəbər 02:30Leyla Əliyeva UN-Habitat-ın regional ofisinin direktoru ilə müzakirə apardı - FOTO
-
Qoroskop00:15Günün ULDUZ FALI - Ona vaxt ayırmaqdan çəkinməyin
-
Magazin112 Noyabr 23:36Tanınmış xanəndə: "Geyimlərimi moda evinə kirayə verib faiz götürürəm"
-
Rəsmi xronika12 Noyabr 23:12Britaniya ilə müdafiə sahəsində əməkdaşlıq gücləndirilir - Təhdidlərə birgə cavab veriləcək





















.jpg)








