Dünya
Serbiyada iğtişaşlar: həbs edilənlər var
Serbiyanın Novı Sad şəhərində dəmir yolu vağzalında baş verən qəzaya görə keçirilən etiraz aksiyasında saxlanılanlar olub.
Publika.az xəbər verir ki, polis etiraz aksiyası zamanı zorakı davranışa və iğtişaşlara görə 9 nəfəri həbs edib.
Prokurorluğun məlumatına görə, 6 nəfər zorakı davranışa, digərləri isə dövlət əmlakına ziyan vurma, polis əməkdaşlarına hücumda və təhlükə törətməkdə şübhəli bilinir.
Qeyd edək ki, aksiya zamanı şəhər meriyasının binasına daş atılıb, pəncərələri sındırılıb. Təhlükəsizlik qüvvələri ilə etirazçılar arasında qarşıdurma olub.
Xatırladaq ki, noyabrın 1-də dəmir yolu vağzalında stansiya binasının tavanının bir hissəsinin çökməsi nəticəsində 14 nəfər həlak olub və 3 nəfər ağır yaralanıb. Noyabrın 2-si Serbiyada milli matəm elan olunub. Serbiyanın tikinti, nəqliyyat və infrastruktur naziri Qoran Vesiç tutduğu vəzifədən istefa verəcəyini açıqlayıb.
-
Nida Xəbər 21:36
Nadir İsmayılovun xaricdəki hesabında 5.4 milyon manat var imiş
-
MDB21:12
İLAHİ MÖCÜZƏ: 11 uğursuz cəhddən sonra 44 yaşında ANA OLDU
-
Sosial21:00
Sabah 5 minə yaxın abonent QAZSIZ QALACAQ
-
Sosial20:36
Bəzi xidmətlər 100-200 manata oldu - TAM SİYAHI
-
Nəqliyyat20:24
Bu yolda qatı duman var - Sürücülərə XƏBƏRDARLIQ
-
Sosial19:24
Leyla Əliyeva onlarla birgə rəqs etdi - FOTO
-
Magazin119:12
Pərvin Abıyevanın adından SAXTAKARLIQ - FOTO
-
Yaxın Şərq17:35
Suriyada müvəqqəti hökumətin başçısı bu şəxs oldu - FOTO