Dünya
İran İŞİD-i bombaladı, Əl-Qaidə İran səfirliyini
İran İslam Respublikasının Yəmənin paytaxtı Səna şəhrindəki səfirliyinin binası bombalanıb.
Publik.az-ın məlumatına görə, avtomobilə yerləşdirilmiş bombanın partlaması nəticəsndə səfirliyin divarı dağılıb və yaxınlıqdakı bir neçə binaya zərər dəyib. Hadisə zamanı azı 3 nəfər ölüb, 17 nəfər yaralanıb.
Hücumun məsuliyyətini Əl-Qaidə öz üzərinə götürüb. Terror təşkilatı bu barədə öz Tvitter səhifəsində bəyanat yayıb.
Rəsmilər İranın Yəməndəki səfiri Hüseyn Nikamın xəsarət almadığını bildirib. İranın İRNA rəsmi xəbər agentliyi Xarici İşlər Nazirliyinin sözçüsü Mərziyə Əfxama istinadən bildirib ki, səfirlik işçilərinin durumu yaxşıdır və nazirlik hadisə ilə bağlı təhqiqat aparır.
Qeyd edək ki, Pentaqonun yaydığı məlumatlara görə, son günlər İran təyyarələri İraqda İŞİD-in mövqelərinə hava hücumları edir.
Əl-Qaidənin buna cavab olaraq İrandan qisas aldığı güman edilir.
-
Sosial16:15
Bu o demək deyil ki, yaxşı işləri dəyərləndirməməliyik - İsa Qəmbər
-
Maraq dünyası15:10
"Ferrari" ən güclü avtomobilini təqdim etdi - ŞOK QİYMƏT
-
Rəsmi xronika14:14
İlham Əliyev qanun imzaladı
-
ABŞ13:55
Seçkiqabağı sorğu: İkisindən biri 10 faiz öndədir
-
Dünya13:20
Peter Siyarto Makrona qarşı çıxdı
-
Sosial12:35
Əmlak bazarında “tilov effekti” - Yanvardan tətbiq olunan bu qərar insanları qorxuya salıb
-
Art12:06
Azərbaycan teatrının “sarı simi” – Onun gözlərinə baxa bilmirdim
-
Dünya11:20
İnauqurasiyadan sonra Putinin ilk xarici səfəri: Tarix açıqlandı