Dünya
Türkiyədən dünyanı silkələyən addım: Son dərəcə məxfi hazırlanıb - Okeanda sınaqdan keçiriləcək
Hər tərəfdən müharibə və gərginlik içində olan Türkiyə havada, dənizdə və quruda müdafiə addımlarını artırır. Bu addımlar çərçivəsində Türkiyə 1000 kilometrdən çox mənzilli ballistik raketlərini okeanda sınaqdan keçirəcək.
Publika.az xəbər verir ki, Türkiyənin ilk orta mənzilli ballistik raketi olması gözlənilən “Cenk” layihəsi son dərəcə məxfilik şəraitində həyata keçirilir.
Bu raket inventarlaşdırıldığı zaman Türkiyəni bu sahədə növbəti mərhələyə daşıyacaq. “Roketsan” tərəfindən hazırlanan bu raket Türkiyənin ilk orta mənzilli ballistik raketi (MRBM) olacaq.

Mühərrik və yanacaq kimi kritik alt sistemləri olan “Cenk” ballistik raketinin ilk sınaq atışının qısa müddətdə reallaşması gözlənilir. “Cenk”in ehtiva etdiyi texnologiyalarla dünyanın ən qabaqcıl orta mənzilli ballistik raketlərindən biri olacağı gözlənilir.
“Türkiyə” qəzetində yer alan xəbərə görə, Türkiyənin Müdafiə Eksperti Turan Oğuz bu sahədəki işləri və Somalidə qurulacaq bazanın əhəmiyyətini qiymətləndirib.

O, sözügedən raketlərin sınaqdan keçirilməsinin vacibliyinə diqqət çəkib: “550 km-lik raketləri sınaqdan keçirdik, Qara dəniz uyğun idi, amma 1000 kilometri sınaqdan keçirə biləcəyimiz coğrafiyamız yoxdur. Bu testləri keçirmək üçün uzun müddətdir Somali ilə danışıqlar aparırıq. Bu baxımdan Somali dünyanın ən yaxşı üç yerindən biridir. Bu sınaqlar okeanlarda edilə bilər. Türkiyə hazırda 1000-3000 kilometr mənzilli ballistik raketlər hazırlayır”.
Roza Şəfiyeva
-
Sosial16:22Müəllimlər üçün yeni mobil tətbiq istifadəyə verildi
-
Sosial15:40Əli Kərimli ilə bağlı qərar verildi
-
Nida Xəbər 15:02Təkcə neft yox, başqa məhsullar da: İrəvan Bakıya bu icazəni verməli olduğunu bildirdi
-
Hadisə14:56Nazirliyin vəzifəli şəxslərinin əmlaklarına həbs qoyuldu - SİYAHI
-
Sosial14:00Pensiya alanlara şad xəbər
-
Dünya13:50İki ölkə arasında müharibə başladı
-
İdman12:50Vernidub gələr-gəlməz "Neftçi"dən tələb etdi: Onu gətirin - FOTO
-
İdman11:48Türkiyəli dizayner "Qarabağ" üçün yeni loqo təklif etdi: Elə yox, belə olsun - FOTOLAR


























.jpg)








