Dünya
Namibiya tarixində ilk: qadın prezident seçildi
Noyabrın 27-də Namibiyada keçirilən prezident seçkilərində ölkənin hazırkı vitse-prezidenti və hakim Cənub-Qərbi Afrika Xalq Təşkilatının (SWAPO) nümayəndəsi Netumbo Nandi-Ndaitva qalib gəlib.
Publika.az bu barədə Namibiya Seçki Komissiyasının rəsmi bəyanatına istinadla xəbər verir.
Seçki komissiyasının məlumatına görə, bütün bülletenlər hesablandıqdan sonra seçkilərdə iştirak edən ölkə vətəndaşlarının 57%-i Nandi-Ndaitvaya səs verib.
Müstəqil Namibiyanın tarixində ilk dəfə qadın dövlət başçısı olub. Nandi-Ndaitva digər 14 namizədi geridə qoyub.
Fevral ayında Namibiyanın vitse-prezidenti, prezidentin səlahiyyətlərini icra edən Nangolo Mbumba dövlət başçısı kimi and içib. O, Xarici İşlər Nazirliyinin rəhbəri Netumbo Nandi-Ndaitvanı yeni vitse-prezident təyin edib.
Ölkə lideri Hage Geingob, 4 fevral gecəsi vəfat edib. O, xərçəngdən müalicə olunurdu.
-
Region11:45Paşinyan və Japarov sülh və regional təhlükəsizlik məsələlərini müzakirə etdilər - Video
-
Maraq dünyası10:40Xilasedicilər xəyanətin üstünü açdılar: 8-ci mərtəbədən yıxılsa da, sağ qaldı - Fotolar
-
MDB10:31Ukraynada nə baş verir? - Bütün ballistik raketlər hədəfə dəyib?
-
İdman09:48Futbolçular qəzaya düşdülər: "Polimer"in hücumçusu öldü
-
Elm və təhsil08:45Azərbaycanda məktəblərlə bağlı yeni qayda - Məcburi ola bilər
-
Nida Xəbər 02:43Ramiz Mehdiyev təltiflərindən də məhrum ediləcək?
-
ABŞ02:19Trampın təyin etdiyi mətbuat katibi cəmi 5 gün sonra postunu tərk etdi - Qalmaqalın detalları
-
Qoroskop01:20Günün ulduz falı: Köhnə bir tanışınızdan maraqlı təklif alacaqsız
















.jpg)







.jpg)












