Dünya
Nüvə güclərinin gizli görüşü: Dubayda nə baş verib?
Dubayda beş nüvə dövlətinin görüşü keçirilib.
Publika.az Çin Xarici İşlər Nazirliyinin məlumatına istinadən xəbər verir ki, Rusiya, ABŞ, Çin, Fransa və Böyük Britaniya görüşünün əsas mövzusu iştirakçı ölkələrin nüvə doktrinaları olub.
Pekin bu məsələnin müzakirəsinin Rusiyanın bu yaxınlarda yenilənmiş nüvə doktrinasının fonunda xüsusilə aktual olduğu və nüvə gücləri arasında anlaşılmazlıqların və səhvlərin qarşısını almağa kömək edə biləcəyi qənaətindədir.
Maraqlısı odur ki, tədbir bu ilin dekabrın 4-də baş tutub, amma bu haqda məlumat dekabrın 10-da Çin Xarici İşlər Nazirliyi tərəfindən yayılıb.
Müzakirə nüvə qarşıdurması risklərinin azaldılmasını nəzərdə tutur. "Beşlik" nüvə doktrinalarını müzakirə etməklə məhdudlaşmır. Hər bir ölkənin nüvə silahının yayılmasının potensial riskləri də daxil olmaqla formatın əsas iş sahələrinə dair öz baxışı var.
Nüvə doktrinalarının dəyişməsi fonunda müzakirələr zamanı məlum olub ki, Rusiyadan başqa, bir sıra digər ölkələr də əsas nüvə sənədlərini yeniləyib, o cümlədən ABŞ bu ilin martında “Nüvə Silahlarının İstifadəsinə dair Bələdçi”nin yeni nəşrini qəbul edib. Oxşar yeniləmələrin yaxın gələcəkdə Böyük Britaniya üçün də aparılması planlaşdırılır.
Enerji və Təhlükəsizlik Mərkəzinin direktoru Anton Xlopkov “Kommersant”a müsahibəsində bununla bağlı bildirib ki, müasir şəraitdə Rusiya üçün “beşlik” formatı Ukrayna ətrafındakı münaqişə kontekstində risklərlə bağlı Rusiyanın narahatlığını çatdırmaq üçün kanaldır.
“Yəqin ki, Dubayda keçirilən görüşdə rusiyalı diplomatlar bunu müzakirə ediblər”, - deyə ekspert bildirib.
Adəm Abbaslı
-
Region15:55Ərdoğandan Qarabağla bağlı təsirli paylaşım
-
Qarabağ 14:30Atasının şəhidliyindən 14 il sonra özü də Vətən uğrunda canından keçdi
-
MDB14:22Erməni deputatdan sərsəm bəyanat: "Uduzmamışıq, müharibə hələ bitməyib"
-
Sosial14:09Müşavir vəzifəsindən çıxdı
-
Qarabağ 13:10Şəhid anası: "Anladım ki, onun üçün öncə Vətən, sonra ana gəlirmiş..."
-
MDB12:33Gürcüstanın Baş naziri: Azərbaycanla heç bir gərginliyimiz yoxdur!
-
Nida Xəbər 12:10Slovakiyalı səfirdən Azərbaycanla bağlı təsirli paylaşım
-
Sosial12:01Şəhid anası: “Rasim mənim yeganə oğlum idi..."

































.jpg)

