Dünya
Peskov Trampın mövqeyinə şübhə ilə yanaşır: Hər şeyi zaman göstərəcək
Rusiya prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov Donald Trampın Ukrayna münaqişəsi ilə bağlı son açıqlamalarını, xüsusilə, onun ABŞ-ın Kiyevə Rusiya ərazisinə zərbə endirmək üçün uzaqmənzilli silahlardan istifadə etməsinə icazə verməməli olduğu barədə sözlərini şərh edib.
Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Peskov “İnauqurasiyadan sonra Trampın hərəkətlərinin nə olacağını təxmin etməyə çalışmaq çətdir. Xüsusilə, uzaq məsafədən zərbələr üçün icazəni ləğv edəcəkmi? Bunu zaman göstərəcək", - deyə prezidentin sözçüsü bildirib.
O, hansısa nəticələr çıxarmaq üçün Trampın Oval Ofisdə yerini almasını gözləməyə çağırıb.
Kreml rəsmisi xatırladıb ki, Donald Trampın ilk prezidentliyi dövründə Rusiyaya qarşı 50 dəfədən çox sanksiya tətbiq edilib: "Bunu unutmaq olmaz. İnauqurasiyadan sonra konkret addımları gözləmək lazımdır”.
Qeyd edək ki, Trampın fikirləri "Time" jurnalında dərc olunub.
“Mən Rusiyaya qarşı istifadə üçün uzaqmənzilli raketlərin göndərilməsi ilə qətiyyən razı deyiləm. Niyə bunu edirik? Biz sadəcə bu müharibəni alovlandırıb onu daha da pisləşdiririk?”, - deyə “Time” jurnalının “İlin adamı” adlandırdığı ABŞ-ın seçilmiş prezidenti bildirib.
Adəm Abbaslı
-
Rəsmi xronika13:15İlham Əliyev fərman imzaladı
-
Dünya12:06Avropadan Trampa şərt: Bunu et, Qrenlandiyanı al
-
Dünya11:30ICE agenti 37 yaşlı qadını öldürdü: ABŞ-da ara qarışdı - VİDEO
-
Dünya11:06ABŞ Rusiya gəmisini belə ələ keçirib - Anbaan VİDEO
-
Sosial10:54Bakının bu rayonlarında torpaq KƏSKİN BAHALAŞDI - QİYMƏT CƏDVƏLİ
-
Dünya09:42Buşun Putinə dediyi daha bir gizli açıqlama üzə çıxdı: Biz sizə, siz də bizə...
-
Magazin208:43“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” - Etirafı ilə gündəm oldu
-
Nida Xəbər 08:24Bakı və İrəvan üçün kritik TARİX - Bu il o ƏNGƏL aşılmasa...



















.jpg)















