Netanyahunun Suriya əmri: Gələn ilin sonuna qədər davam edəcək
Bizi izləyin

Dünya

Netanyahunun Suriya əmri: Gələn ilin sonuna qədər davam edəcək

İsrailin baş naziri Benyamin Netanyahu Baas rejiminin devrilməsindən sonra Suriyanın Hermon dağındakı bufer zona ilə bağlı əmr verib.

Publika.az xəbər verir ki, bu barədə "Kanal 12" televiziyası məlumat yayımlayıb.

Bildirilib ki, Netanyahu orduya Hermon dağındakı bufer zonada işğalı 2025-ci ilin sonuna qədər davam etdirməyi tapşırıb.

Netanyahu müdafiə naziri İsrael Katz və Baş Qərargah rəisi Herzi Halevi ilə birlikdə sözügedən bölgəyə gedib.

Baş nazir orada verdiyi açıqlamada bölgədəki işğalın İsrailin təhlükəsizliyini təmin edəcək bir tənzimləmə tapılana qədər davam edəcəyini bildirib.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm