Dünya
ABŞ Quantanamodan 6 məhbusu azad edib
ABŞ Quantanamo təcridxanasında saxlanan 6 məhbusu azad edərək Uruqvaya göndərib.
Pubika.az-ın məlumatına görə, Pentaqon bildirib ki, 4 suriyalı, 1 tunisli və 1 fələstinli Uruqvayda qaçqın kimi qeydiyyata düşəcək. Azad edilənlərdən biri aclıq aksiyası keçirən 43 yaşlı suriyalı Cihad Diyab olub. O, rəsmilərin həbsxanada onu məcburi şəkildə yedizdirməsi ilə bağlı ABŞ məhkəməsinə müraciət etmişdi.
Bu 6 məhbusun hər biri Əl-Qaidə ilə əlaqələri olması şübhəsinə görə saxlansa da, onlara heç zaman rəsmi ittiham irəli sürülməmişdi.
Onlar ilkin olaraq bir ay əvvəl azad edilmək üçün hazır olsalar da, bürokratik əngəllər və Uruqvayda keçən ay prezident seçkiləri ilə əlaqədar siyasi narahatlıqlar köçürülməni ləngitmişdi.
Onlar Cənubi Amerikaya göndərilən ilk Quantanamo məhbuslarıdır. Hazırda Quantanamo təcridxanasında 136 məhbus qalıb.
-
Sosial07:17
Bu gün yağış yağacaq, külək əsəcək - PROQNOZ
-
Avropa06:46
Bu qadın 32,9 kq çəkisi olan sazan tutaraq REKORD QIRDI - VİDEO
-
ABŞ06:16
Ərdən DƏHŞƏTLİ ƏMƏL: arvadını diri-diri basdırdı, 12 saat...
-
Avropa05:15
Ukrayna səmasında QƏRİBƏ PARILTI: ölkənin hər yerində... - FOTO/VİDEO
-
Magazin204:14
Karla Bruni şübhəli şəxs qismində dindirildi
-
Magazin203:13
Məşhur aktisa bəbir naxışlı bikini ilə elə pozalar verdi ki... - VİDEO
-
MDB01:41
Qızılın ixrac rüsumu LƏĞV EDİLDİ - Bu ölkədə
-
Səhiyyə00:30
Xərçəng və ürək xəstəliklərindən qoruyan mutasiya KƏŞF EDİLDİ