Dünya
İnanılmaz: Kurskda döyüşən Şimali Koreya əsgərləri əsir düşməmək üçün görün nə edirlər
Kursk vilayətində Rusiya tərəfində Ukraynaya qarşı döyüşən Şimali Koreya hərbçiləri Ukrayna Müdafiə Qüvvələrinə əsir düşməmək üçün intihar edir.
Publika.az xəbər verir ki, bunu Ağ Evin sözçüsü Con Kirbi cümə günü brifinqdə bildirib.
Ağ Ev sözçünün dediyi kimi, Rusiya və Şimali Koreya liderləri KXDR ordusuna “xərc edilə bilən material” kimi baxır və onlara “Ukraynanın müdafiəsinə ümidsiz hücumlar” həyata keçirmək əmri verirlər.
O qeyd edib ki, bu hərbçilər “zombiləşdirilib” və faydasız olduqları aydın olsa belə, hücumlarda israrlıdırlar.
“Şimali Koreya əsgərlərinin ələ keçiriləcəyi təqdirdə ailələrinə qarşı repressiya olunacağından qorxaraq, Ukrayna qüvvələrinə təslim olmaq əvəzinə intihar etdikləri barədə də xəbərlərimiz var”, - Kirbi bildirib.
Tural
-
Sosial08:15Evlənmək istəyənlərə yeni tələb: elçilikdə bu da ola bilər
-
İKT07:35"Samsung"dan xəbərdarlıq - Smartfonlar BAHALAŞACAQ
-
Ekopublika.az07:15Güzəşt ləğv edildi: Kərə yağı bahalaşacaq? - VİDEO
-
ABŞ06:16Tramp Venesuelada hərbi əməliyyatların "ikinci dalğası"nı planlaşdırıb
-
Hadisə03:19Azərbaycanda gəmi kapitanı vəfat etdi - FOTO
-
Qoroskop01:40Günün ulduz falı: Enerjinizi bu işlərə yönəldin!
-
Dünya01:20ABŞ əməliyyatdan öncə Maduroya görün nə təklif edib
-
Region00:15Əraqçi ailəsi ilə birgə İrandan qaçdı - Hansı ölkəyə?






























