Dünya
Çindən dünyaya böyük sürpriz: Elə bir qatar təqdim edildi ki...
Çin saatda 450 kilometr sürətə çata bilən “CR450” sürət qatarını nümayiş etdirib.
Publika.az xəbər verir ki, “Sinxua” agentliyinin məlumatına görə, Çin Dövlət Dəmir Yolları Qrupu “CR450BF” adlı prototipi Pekində sərgiləyib.
Maksimal sürətinin saatda 450 kilometr, kommersiya səyahət sürətinin isə saatda 400 kilometr olması gözlənilən “CR450” prototipinin texniki sınaqlarının başa çatdırılması və qatarın 2025-ci ildə istifadəyə verilməsi nəzərdə tutulur.
Yeni nəsil qatar üçün yenilənmiş dəmir yolu texnologiyaları ilə yeni infrastrukturun yaradılması planlaşdırılır.
Hazırda Çində istifadə edilən sürətli qatarlar saatda maksimum 350 kilometr sürətə çata bilir.
“CR450”-nin xidmətə başlaması ilə 4 saatdan çox davam edən Pekin-Şanxay sürətli qatar xidmətinin müddətinin 2,5 saata qədər azalacağı gözlənilir.
Roza
-
Rəsmi xronika23:12Britaniya ilə müdafiə sahəsində əməkdaşlıq gücləndirilir - Təhdidlərə birgə cavab veriləcək
-
İdman22:30Toral Bayramov: "Sabah xalqımızı sevindirmək istəyirik"
-
Avropa21:36Britaniya xüsusi təyinatlılarını qorxudan detal - Əməliyyatlar zamanı nə baş verir?
-
Region20:40Türkiyədə helikopter qəzası: 4 hərbçi şəhid oldu - FOTO
-
Sosial20:00Məclis.info saytının rəhbərinə ağır cəza verildi
-
ABŞ19:00Ağ Evin yaxınlığında atışma - Yaralılar var
-
Rəsmi xronika16:41İlham Əliyev Maya Sandu ilə görüşdü - FOTO
-
Nida Xəbər 15:53Teymur Musayevə yeni vəzifə verildi


































