Dünya
Təyyarənin qara qutularının birindən məlumatlar çıxarıldı
Mütəxəssislər “Jeju Air” aviaşirkətinin dekabrın 29-da Muan hava limanında qəzaya uğrayan təyyarəsinin pilot kabinəsindəki səs qeydedicisindən məlumatları çıxararaq səs fayllarına çevirirlər.
Publika.az TASS-a istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya Nəqliyyat Nazirliyinin Mülki Aviasiya Departamentinin direktoru Çju Çjon Van brifinqdə məlumat verib.
"Pilot kabinəsindəki səs yazıcısından məlumatların çıxarılması başa çatıb. Bu gün onların audiofayllara çevrilməsi üzrə işlərə başlanılıb", - o bildirib. Cənubi koreyalı rəsmi əlavə edib ki, sözügedən işlər mümkün qədər tez həyata keçiriləcək. Dekabrın 29-da baş vermiş qəza nəticəsində “Boeing 737-800” təyyarəsində olan 181 nəfərdən 179-u həlak olub ki, bu da Koreya Respublikası ərazisində ən böyük aviasiya qəzası olub.
İkinci qara qutu - uçuş məlumatlarının bort qeydedicisi bəzi xarici zədələr alıb ki, bu da onun açılması üçün lazım olandan daha çox vaxt aparacaq. Cənubi koreyalı ekspertlər hesab edirlər ki, uçuş məlumatlarının bort qeydedicisinin oxunması təxminən bir ay çəkəcək. Əgər hər iki aparat zədələnməsəydi, bu proses təxminən bir həftə vaxt aparardı.
Cənubi koreyalı mütəxəssislər deşifrə zamanı çətinliklərlə üzləşərsə, qara qutular Milli Nəqliyyat Təhlükəsizliyi Şurasından olan amerikalı həmkarlara təhvil verilə bilər. Milli Nəqliyyat Təhlükəsizliyi Şurası və “Boeing” şirkətini təmsil edən təxminən 10 nəfərdən ibarət Amerika nümayəndə heyəti artıq Muana gəlib. (Report)
-
Magazin203:18
Ferdi Tayfurun mahnıları ilə bağlı vəsiyyəti üzə çıxdı
-
Dünya02:19
Mənsur BMT TŞ-nin iclasında ağladı
-
İdman01:35
“Yunayted” “satqın”ı axtarır: məlumatları sızdırıb
-
Qoroskop00:35
Günün qoroskopu: keçmişdəki məsələlər yenidən gündəmə gələ bilər
-
Magazin23 Yanvar 22:40
"Qurani-Kərim"ə hörmətsizlik edən bloqer saxlanıldı - Foto
-
Nəqliyyat3 Yanvar 22:00
AZAL-ın təyyarəsi Həştərxan üzərində təhlükə ilə üzləşib? - Rəsmi açıqlama
-
Hadisə3 Yanvar 21:40
İlin ən maraqlı 7 astronomik hadisəsi: İlki bu gecə baş verəcək
-
Digər3 Yanvar 19:56
Günəşdə güclü PARTLAYIŞ