Dünya
Suriya lideri ilə PKK arasında görüş iddiası - Nələr müzakirə olunub?
Heyət Təhrir əş-Şamın (HTŞ) rəhbərlik etdiyi qruplaşmalar Suriyada Bəşər Əsəd administrasiyasını devirdikdən sonra Dəməşqdə daxildən və xaricdən müxtəlif nümayəndə heyətləri ilə görüşlər keçirilir.
Publika.az xəbər verir ki, ölkənin faktiki lideri Əhməd əl-Şaranın bazar ertəsi Suriyada Suriya Demokratik Qüvvələri (SDQ) adından istifadə edən terror təşkilatı PKK/YPG nümayəndələri ilə ilk dəfə görüşdüyü iddia edilib.
Fransız Xəbər Agentliyinə (AFP) danışan adı açıqlanmayan suriyalı rəsmi, Əl-Şaranın PKK/ YPG nümayəndələri ilə müsbət görüşlər keçirdiyini bildirib. Digər tərəfdən, Suriya rəsmiləri bunun gələcək dialoq üçün ilkin görüş olduğunu və hər iki tərəfin bu görüşləri davam etdirməyə razılaşdığını bildiriblər.
Əhməd Əl-Şara həftə sonu Əl Ərəbiyyə televiziyasına verdiyi açıqlamada Suriyadakı PKK/YPG-nin də yeni orduya inteqrasiyası lazım olduğunu deyib.
Aysel Şahmar
-
Dünya08:24Dəhşətli təyyarə qəzası - Məşhur müğənni də HƏLAK OLDU
-
Magazin106:16Qızının ad günündən paylaşım etdi - VİDEO
-
Hadisə03:43Bakıda toy zamanı şadlıq sarayında YANĞIN - VİDEO
-
Magazin201:41Şaxtalı havada bikinidə pozalar verdi - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sərhədlərinizi qorumağı unutmayın
-
İdman10 Yanvar 23:12Rəqsləri sosial mediada trend oldu - VİDEO
-
Region10 Yanvar 23:00İranda İsrail agenti saxlanılıb
-
İdman10 Yanvar 21:48Türkiyə Superkubokunun qalibi müəyyənləşdi






.jpg)











.jpg)















