O, Suriyanın ilk qadın qubernatoru təyin edildi
Bizi izləyin

Dünya

O, Suriyanın ilk qadın qubernatoru təyin edildi

Suriyada Möhsəna əl-Maytavi adlı şəxs ilk qadın qubernator kimi tarixə düşüb.

Publika.az xəbər verir ki, Suriyada Əsəd rejiminin devrilməsindən sonra qurulan yeni administrasiya xalqın tələbi ilə Möhsəna əl-Maytavini Süveyda şəhərinə qubernator təyin edib.

Druz icmasından olan Möhsəna 1990-cı illərdə Süveydanın Dera administrasiyasında çalışıb. O, xəzinədarlıq departamentinin rəhbəri də daxil olmaqla bir çox vəzifələrdə xidmət edib.

Qeyd edək ki, dekabrın 8-də Suriyada Əsəd rejiminin devrilməsindən sonra qurulan yeni administrasiyada qadınlar da söz sahibidir.

Maysaa Sabrina Suriya Mərkəzi Bankının sədri, Ayşə əl-Dibs isə Suriya Qadın İşləri İdarəsinin sədri təyin edilib.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm