Avropa
Rusiya fobiyası BÖYÜYÜR: bu ölkənin ən iri aviaşirkəti də uçuşları dayandırır
Serbiyanın ən iri aviaşirkəti olan “Air Serbia” Rusiyanın Kazan (Tatarıstan Respublikası) və Soçi (Krasnodar diyarı) şəhərlərinə reysləri dayandıracaq.
Publika.az xəbər verir ki, bunu Rusiya Turoperatorlarının Assosiasiyası (RTA) bildirib.
“Air Serbia”nın rezervasiya sisteminə görə, qış cədvəlində Belqrada son reys Kazandan yanvarın 19-da, Soçidən isə yanvarın 20-də həyata keçiriləcək”, – təşkilatın teleqram hesabında qeyd olunub.
Serbiya şirkəti reyslərin dayandırılması ilə bağlı rəsmi açıqlama verməyib.
“Air Serbia”nın cədvəlində Belqraddan Moskva və Sankt-Peterburqa reysləri hələ də qalmaqdadır”, – RTA vurğulayıb.
Qeyd edək ki, daha əvvəl “Türkmənistan” aviaşirkəti Aşqabad – Moskva – Aşqabad reysini bir ay müddətinə ləğv etmişdi.
Xatırladaq ki, “Azərbaycan Hava Yolları”na məxsus Bakı – Qroznı reysini həyata keçirən “Embraer 190” sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə olan 67 nəfərdən 38-i ölüb, 29-u sağ qalıb.
-
Magazin121:19
Aygün Bəylərin bacıları arasında miras QALMAQALI
-
İdman19:45
Lamiyənin evləndiyi əcnəbinin kimliyi bilindi - FOTOLAR
-
Nida Xəbər 18:35
Azərbaycan XİN-dən Makrona CAVAB
-
Hadisə15:35
Bakıda ofisiantla müğənni arasında dava: təhqiramiz videosunu yayaraq...
-
Elm və təhsil15:07
Təhsil nazirinə yeni müavin təyin olundu - FOTO
-
Rəsmi xronika13:38
Vətəndaşlarımızın bu qəzada həlak olmasının günahı... - Prezident
-
Rəsmi xronika13:32
Prezident sağ qalan təyyarə bələdçiləri ilə görüşdü - YENİLƏNDİ
-
Dünya13:18
"Qara qu quşları" siyahısı hazırdır: 2025-ci ildə elə şeylər olacaq ki...