Trampdan kriptovalyuta ilə bağlı QƏRAR
Bizi izləyin

Dünya

Trampdan kriptovalyuta ilə bağlı QƏRAR

ABŞ prezidenti Donald Tramp Ağ Evdə keçirilən imza mərasimində kriptovalyuta bazarına dəstək istiqamətində mühüm addım atıb.

Publika.az xəbər verir ki, bu kontekstdə Tramp kriptovalyutalar üzrə işçi qrupunun yaradılmasını nəzərdə tutan fərman imzalayıb.

Fərmana əsasən, “Rəqəmsal Aktiv Bazarları üzrə İşçi Qrup” adlanan qrupa rəqəmsal aktivlər üçün federal tənzimləyici bazanın hazırlanması və strateji milli rəqəmsal aktiv fondunun yaradılması tapşırılacaq.

Fərmanda həmçinin qurumlara rəqəmsal aktiv bazarlarına təsir edən və ləğv edilməli və ya dəyişdirilməli olan qaydalarla bağlı işçi qrupuna tövsiyələr təqdim etmək tapşırılıb.

Eyni zamanda qurumlara Mərkəzi Bank Rəqəmsal Valyutasını (CBDC) inkişaf etdirmək və ya buraxmaq qadağan edilib.

Xatırladaq ki, Tramp seçkiqabağı kampaniyası zamanı ABŞ-ı “planetin kriptovalyuta paytaxtı və dünyanın “Bitcoin” super gücü” edəcəyinə söz vermişdi.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm