İsrail Rusiya silahlarını Ukraynaya göndərəcək? - Rəsmən elan etdilər
Bizi izləyin

Dünya

İsrail Rusiya silahlarını Ukraynaya göndərəcək? - Rəsmən elan etdilər

Qarşıdurmalar zamanı İsrail ordusu tərəfindən ələ keçirilən Rusiya istehsalı olan silahların Ukraynaya göndəriləcəyi ilə bağlı xəbərlər əsassızdır.

Publika.az xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyi məlumat yayıb.

Ukraynanın İsraildəki səfiri Yevgeni Korniyçuk İsrail xarici işlər nazirinin müavini Şaren Haskelə görüşüb. Görüş zamanı bir sıra məsələlər müzakirə olunub. Qeyd edilib ki, İsrail Rusiyanın Ukraynadakı hərbi əməliyyatını pisləyən ölkələr sırasındadır, lakin əvvəlki və indiki İsrail hökuməti Kiyevə hərbi texnika və silah verməkdən çəkinir.

Ukrayna rəsmiləri dəfələrlə İsraildən raket və hava hücumundan müdafiə vasitələri ilə təmin olunmasını istəyib.

Baş nazir Benyamin Netanyahu daha əvvəl bildirmişdi ki, Qərb dövlətlərinin Ukraynaya göndərdiyi silahların bir qismi İsrail sərhədlərində aşkar edilib. Buna görə də o, Kiyevə hər hansı silah sistemləri verilərsə, onların düşmən dövlətlərin əlinə keçəcəyindən ehtiyat edib.

Aysel Şahmar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm