Əl-Şaradan PKK ilə bağlı mesaj: Türkiyəyə söz vermişik
Bizi izləyin

Dünya

Əl-Şaradan PKK ilə bağlı mesaj: Türkiyəyə söz vermişik

Xəbər verdiyimiz kimi, Suriyanın müvəqqəti prezidenti Əhməd Əl-Şara bu gün Türkiyəyə rəsmi səfər edəcək.

Publika.az xəbər verir ki, əl-Şara səfərdən əvvəl diqqətçəkən açıqlamalar verib.

“Biz Türkiyəyə PKK-nın Suriyada varlıq qura bilməyəcəyinə söz vermişdik”, - deyə o, açıqlamasında bildirib.

Qeyd edək ki, Türkiyə Prezident Administrasiyasının Kommunikasiyalar şöbəsinin müdiri Fahrettin Altun Prezident Sarayında keçiriləcək danışıqlarda Suriyadakı son hadisələrin müzakirə ediləcəyini bildirmişdi.

Həmçinin danışıqlarda iqtisadi canlanma, davamlı sabitlik və təhlükəsizlik üçün iki ölkənin atacağı birgə addımlar qiymətləndiriləcək.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm