Elm və təhsil
"Məktəblərdə bu sistem tətbiq olunsun" - Deputatdan TƏKLİF
Son illərdə məktəblilərdə onurğa əyrilikləri (skolioz, kifoz), bel və boyun ağrıları, əzələ və oynaq problemləri, sinir sıxışması və baş ağrıları kimi xəstəliklərin kəskin artdığı müşahidə olunur. Mütəxəssislər bu problemlərin əsas səbəblərindən birinin məktəblilərin həddindən artıq ağır çanta daşıması olduğunu bildirirlər.
Publika.az xəbər verir ki, məsələyə münasibət bildirən Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü, millət vəkili Fatma Yıldırım deyib ki, artıq dünya süni intellekt dövrünə keçid edir və təhsil sahəsində də yeni texnologiyaların tətbiqi zərurətə çevrilib.
O qeyd edib ki, şagirdlər hər gün çoxlu sayda kitabı məktəbə aparmaq məcburiyyətində qalmamalıdır. Bunun əvəzinə, məktəblərdə planşet və ya tablet sisteminin tətbiq olunması daha məqsədəuyğun ola bilər.
"Son illərdə uşaqlar arasında onurğa problemləri, boyun və bel ağrıları artmaqdadır. Şagirdlərin hər gün ağır çantalar daşıması onların sağlamlığına ziyan vurur. Bir çox inkişaf etmiş ölkələrdə bu məsələ həll olunub və dərs vəsaitləri elektron formada təqdim olunur. Biz də təhsildə müasir texnologiyalara keçid etməli və uşaqlarımızın sağlamlığını qorumalıyıq", – deyə Fatma Yıldırım vurğulayıb.
Millət vəkili əlavə edib ki, elektron təhsil sistemi həm şagirdlərin dərs yükünü azaldacaq, həm də təhsildə daha müasir və effektiv metodların tətbiqinə imkan yaradacaq.
Bu istiqamətdə müvafiq addımların atılmasının vacibliyini qeyd edən Fatma Yıldırım, Elm və Təhsil Nazirliyini və digər aidiyyəti qurumları bu məsələyə diqqət ayırmağa çağırıb. Onun fikrincə, elektron sistemə birbaşa keçid mümkün deyilsə, bu proses mərhələli şəkildə həyata keçirilməlidir.
-
Hadisə00:27Kiyevə dron hücumunda Azərbaycan vətəndaşı həlak oldu: yaralılar var - Yeniləndi
-
Magazin227 Sentyabr 20:32Kozinoğlu işi üzrə saxlanılan həkim evində ölü tapıldı
-
Region27 Sentyabr 20:18Müharibə Qiyamət gününədək davam etsə belə... - Əraqçidən sərt mesaj
-
İdman27 Sentyabr 19:03Millətlər Liqası: Azərbaycan millisi Litva ilə heç-heçə etdi - Yeniləndi
-
Ekopublika.az27 Sentyabr 18:36Azərbaycana milyardlarla dollar gələcək - Ekspert detalları açıqladı
-
MDB27 Sentyabr 17:39Şok statistika - Bir həftədə 10 mindən çox döyüşçü zərərsizləşdirildi
-
Yaxın Şərq27 Sentyabr 17:17ABŞ-ın pilotsuz sualtı aparatı ələ keçirildi
-
Nida Xəbər 27 Sentyabr 17:10Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq







.jpg)




.jpg)

.jpg)



.jpg)
















.jpg)

