Bu ölkədən Trampa maraqlı təklif: cinayətkar miqrantları qəbul edəcəklər
Bizi izləyin

Dünya

Bu ölkədən Trampa maraqlı təklif: cinayətkar miqrantları qəbul edəcəklər

Salvador hökuməti ABŞ-a vətəndaşlığından asılı olmayaraq qanunsuz cinayətkar mühacirləri qəbul etməyi, həmçinin cinayətkar Amerika vətəndaşlarını həbsxanalarında yerləşdirməyi təklif edib.

Publika.az xəbər verir ki, ABŞ dövlət katibi Marko Rubio El Salvador prezidenti Nayib Bukele ilə görüşü barədə açıqlama verib.

O, görüş zamanı qanunsuz immiqrasiya məsələsinin müzakirə olunduğunu və bir çox razılaşmaların əldə edildiyini bildirib.

Həmçinin qeyd olunub ki, Bukele ABŞ-a El Salvadordan gedən “MS-13” bandasının üzvləri olan olan qeyri-qanuni mühacirləri geri qaytarnağa razılaşıb.

Bukele Venesuelanın “Tren de Aragua” bandasının üzvləri də daxil olmaqla, millətindən asılı olmayaraq cinayətkar qeyri-qanuni mühacirləri qəbul edərək həbs etməyi təklif edib.

“CNN”-in məlumatına görə, görüşdən sonra Rubio bu vəziyyəti “daha əvvəl görünməmiş və fövqəladə immiqrasiya razılaşması” kimi qiymətləndirib.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm