Baş nazir İsraili yenə “topa tutdu“
Bizi izləyin

Dünya

Baş nazir İsraili yenə “topa tutdu“

Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan İsrailin “Maariv” qəzetinə açıqlama verib.

Publika.Az-ın məlumatına görə, Ərdoğan bildirib ki, Türkiyə İsraillə münasibətlərin normallaşmasında maraqlı deyil: “İşğal böhranı və İsraillə olan münasibətlər Türkiyənin iqtisadi maraqlarına heç də təsir göstərməyib. İsrail turistləri bizə lazım deyil. Biz turist qəbulunda dünyada 3-cü yeri tutmuşuq. Ötən il Türkiyə 31 milyon turist qəbul edib”.

Baş nazir münasibətlərin normallaşması üçün şərtlərini də açıqlayıb.

Onun sözlərinə görə, İsrail iki il əvvəl törətdiyi “Mavi Mərmərə” hadisəsi ilə bağlı üzr istəməli, hadisə qurbanlarının ailələrinə təzminat ödəməlidir.

Ərdoğan bildirib ki, İsrail bu şərtləri yerinə yetirməsə münasibətlər gərginləşsə belə Türkiyə kompromisə getməyəcək.

Anar Əhmədov

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm