Dünya
Kiyev ABŞ silah şirkəti ilə ilk müqaviləni imzaladı
Ukraynanın dövlət təsərrüfat hesablı xarici ticarət və investisiya şirkəti “Ukrinmaş” ABŞ-ın “Barrett Firearms” silah şirkəti ilə müqaviləni bağlayıb.
Publika.az-ın “unian.net” saytına istinadən verdiyi məlumata görə, bu barədə "Ukroboronprom" konserninin (tərkibinə "Ukrinmaş" şirkəti də daxildir) mətbuat xidməti bildirib.
Xəbərə görə, Amerika şirkətinin istehsalı olan silahlar ən qısa müddətə Ukrayna Təhlükəsizlik Xidməti və Milli Qvardiyaya çatdırılacaq. Silahların həcmi və müqavilənin icrası müddəti açıqlanmayıb.
“Barrett Firearms” şirkəti odlu silah, optik cihazlar və hərbi təchizatın istehsalı üzrə Amerika şirkətidir. İxtisaslaşma böyuk kalibrli snayper tüfəngləridir", - deyə “Ukroboronprom”un xəbərində deyilir.
Qeyd edək ki, 11 dekabrda ABŞ Senatı Ukrayna ilə bağlı qanun layihəsini dəstəkləyib. Qanun layihəsi Ukraynaya maliyyə yardımının göstərilməsi, müasir silahların çatdırılması və Ukraynaya NATO hərbi blokundan kənar ABŞ-ın xüsusi hərbi partnyoru status verilməsini nəzərdə tutur.
Ömər Dağlı
-
Nəqliyyat23:28
Bu yolda sürət həddi endirildi
-
Magazin123:15
Erməni baş prokurordan Kamil Zeynallı ilə bağlı AÇIQLAMA
-
Sosial22:14
Tarif Şurasından QƏRAR: Bu tarixdən qüvvəyə minəcək
-
Magazin221:30
Gənc aktyor evində ölü tapıldı
-
Hadisə21:10
6 gündür axtarışda olan Nigar tapıldı: Niyə qaçıbmış? - VİDEO
-
Elm və təhsil20:30
Direktorun səs yazısı yayıldı, uşaq bağçası nəzarətə götürüldü
-
Kriminal19:50
MN-dəki 143 milyonluq yeyinti ilə bağlı işdə şahidin YALANI ÜZƏ ÇIXDI
-
Nəqliyyat19:20
Bakıda bu yollarda sıxlıq var - SİYAHI