Dünya
Ermənistan AES-in direktoru işdən çıxarılıb, müavini həbs edilib
Ermənistanın "Metsamor" Atom Elektrik Stansiyasının (AES) direktoru Qaqik Markosyan tutduğu vəzifədən azad edilib. Direktor səlahiyyətlərinin icrası AES-in baş mühəndisi Movses Vardanyana həvalə olunub.
Trend-in məlumatına görə, bu barədə RİA Novosti yerli “Qraparak” qəzetinə istinadən xəbər yayıb.
Qəzet yazır ki, kadr dəyişiklikləri milli təhlükəsizlik məsələləri ilə bağlıdır: "Maraqlıdır ki, indiyədək Energetika və Təbii Sərvətlər Nazirliyinin rəsmi bəyanatı yoxdur, sanki bizim əsas strateji obyektimizin direktoru deyil, kənd filialının elektriki dəyişdirilib. Biz aydınlaşdırdıq ki, direktorun müavinləri də işdən çıxarılıb və onlardan biri həbs edilib”.
Bu məlumatı direktor səlahiyyətlərinin icraçısı M.Vardanyan da qismən təsdiqləyib: "Markosyan öz xahişi ilə işdən çıxıb ".
O, həbs edilənlərin olduğunu təsdiqləsə də, onların hazırda AES-də çalışmadığını bildirib.
Əməkdaşlardan birinin həbsi barədə məlumatı Milli Təhlükəsizlik Xidməti də təsdiqləyib.
Xidmətin mətbuat katibi Artsvin Baqramyan bildirib ki, direktorun kommersiya üzrə sabiq müavini Rubik Movsisyan həbs edilib: "Məhkəmə onun həbsinə dair qərarı təsdiqləyib, ilkin istintaq aparılır".
O, R.Movsisyana hansı ittihamın irəli sürüldüyü barədə məlumat verməyib.
“Qraparak”ın fərziyyələrindən biri kimi, o, külli miqdarda pul vəsaitini mənimsəmə və kobud maliyyə pozuntularında günahlandırılır.
-
Sosial18:36
Direktorla qadın müəllim arasında DAVA: müəllimin halı pisləşdi, təcili yardım gəldi - FOTO
-
Magazin118:12
Aygün Kazımova ilə çobanın söhbəti gündəm oldu - VİDEO
-
Dünya17:55
Bu ölkənin bayrağı ilə "Avroviziya"ya giriş qadağan edildi
-
Avropa17:12
Gürcüstana xəbərdarlıq edildi: Qəbuledilməzdir!
-
Sosial16:23
Parlament seçkiləri önə çəkilə bilər - Məzahir Pənahov
-
Nida Xəbər 15:48
Xəritə yayıldı: ermənilərin zəbt etdiyi bu ərazilər Azərbaycana təhvil verilir - VİDEO
-
Magazin115:26
Tələbələrimin hamısı yuxarıdan tapşırılır - VİDEO
-
İdman15:00
Bütün Avropa bu qızları axtarır - FOTOLAR