Abdulla Gül: “Yerevana səfərim risk idi“
Bizi izləyin

Dünya

Abdulla Gül: “Yerevana səfərim risk idi“

NATO-nun Çikaqo sammitində iştirak etmək üçün ABŞ-da səfərdə olan Türkiyə prezidenti Abdulla Gül 2008-ci ilin sentyabrında Ermənistana etdiyi səfərdən danışıb.

Publika.Az Türkiyənin "Star" qəzetinə istinadən xəbər veriri ki, Stanford Universitetində liderlik mövzusunda çıxış edən Abdulla Gül Ermənistana səfərini riskli olsa da doğru hərəkət kimi qiymətləndrib: "Yaxşı liderin bəzən riskli addımlar atması gərəkdir. Mənim beynəlxalq münasibətlərdə özümü testdən keçirməyimə örnək Ermənistan prezidentinin dəvəti ilə Yerevana getməyim oldu.

Son 20 ildir diplomatik əlaqələri olmayan, ortaq tarixi mövzuda bir-biri ilə ixtilaf yaşayan iki qonşu millətin liderləri üçün bu dəvətin anlamı daha böyükdü. Daxili siyasət üçün bu riskli bir hərəkət idi. Xarici siyasət üçün də çox riskli nəticələr doğura bilərdi".

Yerevana ilk türk prezidenti kimi getdiyini deyən Abdulla Gül bildirib ki, bu xoş niyyəti göstərməyimə qarşılıq olaraq iki millət arasındakı əlaqələrin az da olsa düzəlməsini gözləyirmiş: Buna hələ də ümidim var. Bizim səfərlərimiz türk-erməni əlaqələrinin normallaşması üçün bir ümid simvolu olmağa davam edəcək. Riskli olsa da, Yerevana səfərim doğru hərəkət idi".

Səxavət

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm