Yaponiyada parlament seçkisi keçirilir
Bizi izləyin

Dünya

Yaponiyada parlament seçkisi keçirilir

Dekabrın 14-də Yaponiyada parlamentin aşağı palatasına seçkilər keçirilir.

Publika.az-ın məlumatına görə, AzərTac-ın Tokoiodakı müxbiri xəbər verir ki, Aşağı palatadakı 475 yer uğrunda 1191 namizəd mübarizə aparır.

Baş nazir Şinzo Abe bildirib ki, bu seçkilər onun administrasiyasının hakimiyyətdə olduğu iki ildəki fəlaiyyətinin, xüsusən də “abenomika” adlandırılan iqtisadi siyasətin qiymətləndirilməsi üçün referendum xarakteri daşıyır.

Dekabrın 14-də yerli vaxtla səhər saat 7-də bütün ölkə üzrə 48 min seçki məntəqəsi qapılarını seçicilərin üzünə açıb. Onların əksəriyyətinin axşam saat 8-də, 17 min məntəqənin isə bir az tez bağlanacağı bildirlir.

Yaponiya Yerli Muxtariyyətlər Nazirliyi səsvermənin ilkin nəticələrinin dekabrın 15-də səhər saatlarında məlum olacağını bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm