Dünya
Avropa İttifaqından Ermənistana xəbərdarlıq
Avropa İttifaqının (Aİ) nümayəndə heyəti bu gün Ermənistan hakimiyyətini vətəndaş cəmiyyətinin fəallarına və müxalif siyasi xadimlərə qarşı güc tətbiq etmiş məsul şəxslərin məsuliyyətə cəlb edilməsi üçün tez və qəti addımlar atmağa çağırıb.
Trend-in "Mediamaks"a istinadən verdiyi məlumata görə, bu barədə Aİ nümayəndə heyətinin yaydığı bəyanatda deyilir.
Bəyanat Ermənistanda akkreditə olunmuş Aİ üzv ölkələrinin diplomatik nümayəndəliklərinin rəhbərləri ilə razılaşdırılıb.
Bəyanatda deyilir ki, Aİ-nin nümayəndə heyəti 2013-cü ildə baş vermiş analoji fəaliyyətin araşdırılmasına dair nəticələrin olmamasına görə narahatdır: "Qanunların səmərəsiz istifadəsi ölkədə qanunsuzluq mühitinin inkişaf riskini artırır".
Aİ-nin nümayəndə heyəti təsdiq edir ki, demokratik prinsiplərə, insan haqlarına və əsas azadlıqlara sadiqlik Ermənistan-Aİ münasibətlərinin vacib tərkib hissəsidir.
-
Magazin101:30
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bayern"in baş məşqçi postuna yeni namizəd BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ
-
İKT7 May 23:24
İki qurum əhaliyə XƏBƏRDARLIQ ETDİ - FOTO
-
Magazin17 May 23:07
“Avroviziya-2024”ün birinci yarımfinalı başladı - CANLI
-
Cənubi Qafqaz7 May 22:52
Ermənistanda əsgər GÜLLƏLƏNDİ