Duman Tiflis hava limanının işini pozdu
Bizi izləyin

Dünya

Duman Tiflis hava limanının işini pozdu

Tiflis beynəlxalq hava limanı güclü duman səbəbindən bu gecə fasilələrlə işləyib.

Trend-ə hava limanı administrasiyasından bildiriblər ki, əlverişsiz hava şəraiti səbəbindən iki reys İstanbul-Tiflis və Riga-Tiflis pozulub.

Kiyevdən uçan "Ukrayna hava yolları"nın təyyarəsi vaxtında Tiflisdə yerə enə bilməyib. Təyyarə Yerevanda yerə enmək məcburiyyətində qalıb, duman çəkilən sonra, oradan səhər Tiflisə gəlməlidir.

Duman şəraitində "Atlasjet", "Pegasus" və "Air Baltic" aviaşirkətləri uçuşlari yerinə yetirməkdən imtina ediblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm