Dünya
Miqrantlar Rusiyanı tərk edir
Özbəkistan, Tacikistan və Qırğızıstandan gəlmələr Rusiyanı kütləvi şəkildə tərk edirlər.
Publika.az-ın RİA xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Federasiyasının Dövlət Statistika Xidmətinin hesabatında deyilir.
Rusiya SSRİ-nin dağılmasından sonrakı illərdə Mərkəzi Asiyanın iş axtaran milyonlarla sakini üçün cəlbedici ölkəyə çevrilmişdi. Lakin son illərdə vəziyyət dəyişib. Xüsusilə, Rusiyanın üzləşdiyi ağır iqtisadi vəziyyət onların ölkələrinə axınını sürətləndirib.
Dövlət Statistika Xidmətindən bildirilib ki, hesabatda daimi və ya uzun müddət Rusiyanın ərazisində yaşamasına icazə verilən miqrantların sayı yer alıb. Müvafiq olaraq, statistikaya qeyri-qanuni və ya mövsümi miqrantlar daxil edilməyib. Məlumata görə, Özbəkistan, Tacikistan və Qırğızıstana miqrantların kütləvi axını 2012-ci ildə başlayıb, 2013-cü ildə güclənib və bu il pik səviyyəyə çatıb.
2014-cü ilin ilk 10 ayı ərzində Rusiyanı 257 mindən çox miqrant tərk edib. Bu isə 1990-cı illərin ortalarındakı “ac və soyuq" dövrünün göstəricisinə uyğundur.
Ömər Dağlı
-
İdman02:43
Dibala ilə Lukaku “Fənər”də? – Mourinyo nöqtəni qoydu
-
Hadisə01:00
Bakıda dəhşətli hadisənin baş verdiyi zavoddan GÖRÜNTÜLƏR
-
Qoroskop00:05
Günün qoroskopu: çılğın arzuların əsirinə çevrilməyin!
-
Hadisə3 İyun 23:26
Bakıda 21 yaşlı qızın sirlərlə dolu ölümü: qonaq getdiyi evdə nə baş verib?
-
Magazin13 İyun 22:35
Özünü öldürən abituriyent bu müğənninin qohumudur - FOTO
-
Dünya3 İyun 22:25
Əsma Əsəd ölüb?
-
İdman3 İyun 21:45
Məşhur futbolçuya gözyaşardıcı qazla hücum: 260 min avroluq saatını oğurladılar
-
Magazin13 İyun 21:35
Faiq Ağayev etiraf etdi: kimlərin ifasını “YouTube”dan sildirib? - VİDEO