Dünya
"Türkiyə məzlumların müdafiəçisidir" - Davudoğludan açıqlama
Türkiyənin baş naziri Əhməd Davudoğlu Türkiyə bayrağının
bütün dünyada məzlum xalqların müdafiəsi rəmzinə çevrildiyini
bildirib.
Teleqraf.com-un “Anadolu”ya istinadən verdiyi xəbərə görə, bu barədə Ə.Davudoğlu ötən gün hakim Ədalət və İnkişaf Partiyasının Konya şəhərində keçirilən toplantısında bildirib.
“Bütün dünyada bizim qırmızı bayrağımız Fələstin, azad Suriya və digər məzlum xalqların bayraqları yanında dalğalanacaq. Bizim bayrağımız bütün dünyada məzlum xalqların müdafiəsinin rəmzidir”, deyə Davudoğlu qeyd edib.
Türkiyənin baş naziri əlavə edib ki, Türkiyə Fələstinin problemlərini öz problemləri kimi qəbul edir: “Fələstin torpağı Türkiyə torpağı kimi müqəddəsdir”.
Qeyd edək ki, Ədalət və İnkişaf Partiyasının toplantısında HƏMAS hərəkatının siyasi bürosunun rəhbəri Xalid Məşəl iştirak edib. O partiya üzvləri tərəfindən gurultulu alqışlarla qarşılanıb.
-
Dünya17:00
Zelenski axtarışa verildi
-
Sosial16:35
Nazir rəisi işdən azad etdi
-
Sosial16:15
Bu o demək deyil ki, yaxşı işləri dəyərləndirməməliyik - İsa Qəmbər
-
Maraq dünyası15:10
"Ferrari" ən güclü avtomobilini təqdim etdi - ŞOK QİYMƏT
-
Rəsmi xronika14:14
İlham Əliyev qanun imzaladı
-
ABŞ13:55
Seçkiqabağı sorğu: İkisindən biri 10 faiz öndədir
-
Dünya13:20
Peter Siyarto Makrona qarşı çıxdı
-
Sosial12:35
Əmlak bazarında “tilov effekti” - Yanvardan tətbiq olunan bu qərar insanları qorxuya salıb