ABŞ Fələstin dövlətinin yaradılmasına dair qətnaməyə veto qoydu
Bizi izləyin

Dünya

ABŞ Fələstin dövlətinin yaradılmasına dair qətnaməyə veto qoydu

Amerika Birləşmiş Ştatları BMT-də Fələstin dövlətinin yaradılması ilə bağlı qətnamə layihəsinə veto qoyub.

Publika.az-ın məlumatına görə, qətnamədə İsrailin işğal etdiyi ərazilərdən çıxması tələbi qoyulub.

ABŞ-ın BMT-dəki nümayəndəsi Samantha Pauer vetonin səbəbini izah edərək, İsrail və Fələstin arasında sülhün yalnız çətin seçim və kompromislər nəticəsində əldə edilə biləcəyini və bu qətnamənin Fələstin və İsraili iki dövlətin yaranması kimi həllə doğru aparmayacağını bildirib.

“Biz bu qərarın əleyhinə Fələstinlilər və İsraillilərin hər gün üzləşdiyi çətinliklər və təhlükələrə biganə qaldığımız üçün səs verməmişik. Biz hər iki tərəfin danışıqlar yolu ilə münaqişənin həllinə nail olmadan bu çətinliklərin bitməyəcəyini və təhülkənin azalmayacağını bildiyimiz üçün qətnaməyə veto qoymuşuq.”

Fələstinin BMT-dəki nümayəndəsi Riyad Mansur Təhlükəsizlik Şurasını tənqid edərək, şuranın vəzifələrini yerinə yetirmədiyini bildirib.

Qəbul olunsa qətnamə İsrailə İordan çayının Qərb sahili və Qəzzadan çəkilərək, 1967-ci il müharibəsindən öncə müəyyən olunmuş sərhədlərə qayıtması üçün 2017-ci ilin sonunadək vaxt verilməsini nəzərdə tutur. Qətnamədə həmçinin İsrail və Fələstin arasında bir il ərzində sülh sazişinin imzalanmasına çağırılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm