Ukrayna bu ölkədəki səfirliyini bağlayır
Bizi izləyin

Dünya

Ukrayna bu ölkədəki səfirliyini bağlayır

Ukrayna Kubadakı səfirliyini bağlayır və Kuba ilə diplomatik münasibətlərin səviyyəsini aşağı salır.

Publika.az xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Andrey Sibiqa açıqlayıb.

"Bu il Havanadakı səfirliyimizi bağlamaq və diplomatik münasibətlərimizin səviyyəsini aşağı salmaq qərarına gəldik", - deyə o bildirib.

Diplomat qeyd edib ki, Ukrayna BMT Baş Assambleyasının ABŞ-ın Kubaya qarşı embarqosunun ləğv edilməsinin zəruriliyi ilə bağlı qətnaməsinin əleyhinə səs verib. O, Kuba ilə Rusiya Federasiyası arasındakı sıx münasibətlər nəzərə alındıqda, bu addımın zəruri olduğunu söyləyib.

Xatırladaq ki, 8 oktyabrda Rusiya Federasiya Şurası plenar iclasda Kuba ilə hərbi əməkdaşlıq haqqında hökumətlərarası müqaviləni təsdiqləyib.

Oktyabrın 11-də Kubanın Xarici İşlər Nazirliyi Kubanın Ukraynadakı münaqişədə iştirakı ilə bağlı yalan ittihamları rədd etdiyini bildirib.

Ləman

Oxumağa davam et
Reklam
Reklam

Gündəm