Dünya
Ayı kənddə DƏHŞƏT YAŞATDI - Ölən və yaralananlar var
Yaponiyada dişi ayı bir qrup insana hücum edib.
Publika.az xəbər verir ki, bu barədə Nippon.com məlumat yayıb.
Hadisə oktyabrın 24-də, saat 11:00 radələrində Higasinaruse kəndinin Tagonay bölgəsində baş verib.
Ayı 38 yaşlı Yesiyuki Sasakini parçalayıb. Daha üç nəfər — Sasakinin 65 yaşlı atası və təxminən 70 yaşlarında yaşlı cütlük baş və üz nahiyələrindən ciddi xəsarətlər alıblar. Hər dörd nəfər yaşlı cütlüyə məxsus avtomobilin yanında huşsuz vəziyyətdə tapılıb.
Sonradan məlum olub ki, Sasaki yaşlı yoldaşlarının çığırma səslərini eşidərək onlara kömək etməyə çalışıb və buna görə yırtıcının qurbanı olub.
Həmin gün hakimiyyət orqanları qan izləri olan pəncələri ilə 1,2 metr hündürlüyündə olan yetkin ayı dişisini zərərsizləşdiriblər. Polis məlumatına görə, hücumu məhz bu ayı həyata keçirib. Sağ qalan üç nəfər ağır vəziyyətdə xəstəxanadadır, lakin şüurları yerindədir.
Bundan əvvəl Yaponiyanın Akita prefekturasının qubernatoru insanlara hücum edən ayılarla mübarizə üçün ordudan yardım istəmişdi. Rəsmilər vəziyyətin istənilən an nəzarətdən çıxa biləcəyini etiraf edərək, aqressiv ayıların hücumlarının qarşısını almaq üçün hərbi müdaxiləyə çağırış etmişdilər.
Hüseyn İbadlı
-
İdman11:29Azərbaycanlı futbolçu Rusiya millisinə çağırıldı: Babayev əlimizdən çıxır?
-
Nida Xəbər 10:56Mehriban Əliyeva Türkiyəni təbrik etdi
-
İdman10:40Emreli bir "bəyənmə" ilə Almaniyanı bir-birinə vurdu: Görünür bundan həzz alıb - FOTOFAKT
-
MDB09:56Ukrayna rusların yuxusunu bu gecə də qaçırdı: Düz 100 PUA ilə...
-
Dünya09:50ABŞ kəşfiyyatı hesabatı təqdim etdi: Putinin məqsədi budur
-
Maraq dünyası08:33Ən çox boşanan bürclər
-
Dünya07:47Ayı kənddə DƏHŞƏT YAŞATDI - Ölən və yaralananlar var
-
Magazin106:16Rüfət Axundov bu xanım müğənniyə saysız-hesabsız bahalı hədiyyə alıb




























.jpg)





