MDB
Hərbi xidmətə çağırış qaydası dəyişir: Bundan sonra...
Rusiya Dövlət Duması ildə iki dəfə deyil, bütün təqvim ili ərzində hərbi xidmətə çağırışın keçirilməsini nəzərdə tutan qanunu qəbul edib.
Publika.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı yazıb.
İndiyədək Rusiyada çağırış aprelin 1-dən iyulun 15-dək və oktyabrın 1-dən dekabrın 31-dək aparılırdı. Yeni qanuna əsasən, çağırış ilboyu fasiləsiz şəkildə həyata keçiriləcək.
Sənədə görə, hərbi xidmət üçün elektron çağırışın göndərilməsindən sonra 30 gün ərzində şəxs hərbi komissarlığa müraciət etməlidir. Bu müddət pozularsa, çağırışçı çağırışdan yayınan hesab olunacaq və axtarışa veriləcək.
Qanun layihəsinin müəllifləri - Dövlət Dumasının Müdafiə Komitəsinin rəhbəri Andrey Kartapolov və onun birinci müavini Andrey Krasov bildiriblər ki, bu dəyişiklik çağırış məntəqələrinə düşən yükü bərabər paylamağa və xidmətin keyfiyyətini artırmağa imkan verəcək.
Məlumata görə, cari payız çağırışı çərçivəsində Rusiya 18-30 yaş arası 135 min kişini səfərbər etməyi planlaşdırır. Bu göstərici son 9 ilin ən yüksək rəqəmi hesab olunur.
-
Cənubi Qafqaz14:54Ermənistan KTMT-dən çıxacaq? – Paşinyan ilk açıqlamasını verdi
-
Magazin114:06"Əminəm ki, bu, son evliliyimdir" - 3 dəfə evlənən Rəvan
-
Region13:24Türkiyə anons etdi: Ermənistanla sərhədlər açılır, ticarət milyarda yüksələcək
-
İdman12:40“Real”ın ulduzu DÇ-yə bəy kimi gedir: Gəlin kimdir? - FOTOLAR
-
Region10:51Rusiyanın səfiri İrəvana qayıtdı: Moskvada hansı təlimatlar alıb?
-
MDB10:24Ruslar bu gecə də yatmadılar: Ukrayna yüzlərlə PUA ilə hücum edib
-
Sosial09:24Bakıda iş saatları dəyişir - DETALLAR AÇIQLANDI
-
Yaxın Şərq09:12İran Əl-Əzraq bazasını vurdu: ABŞ-ın xeyli qırıcısı məhv edildi













.jpg)























