Dünya
Rusiya əcnəbilərdən ibarət legion yaradır
Bu gün Rusiya Prezidenti Vladimir Putin əcnəbilərin Rusiya ordusunda müqavilə üzrə xidməti qaydalarını müəyyənləşdirən fərman imzalayıb.
Axar.az xəbər verir ki, bu gün dərc edilən fərmanda əcnəbi vətəndaşların beynəlxalq hüquq normalarına, Rusiya Federasiyası ilə beynəlxalq razılaşmalara və Rusiya Federasiyası qanunvericiliyinə müvafiq olaraq Rusiya ordusunda xidmətinə və hərbi əməliyyatlarda iştirakına icazə verilir.
Konkret olaraq barəsində istintaq işi aparılan və ya işi məhkəmədə olan, həbs müddəti bitməmiş və cəzasını çəkib bitirmiş vətəndaşlarla müqavilə bağlamaq qadağan edilib. Fərmanda ayrıca qeyd edilir ki, müqaviləyə əsasən, hərbi xidmətə daxil olan xarici vətəndaş rus dilini bilməlidir. Əsgər, matros, serjant və ya starşina vəzifəsinə daxil olan xarici vətəndaşla ilk müqavilə beş illik bağlanır.
Fərmanda həmçinin xarici vətəndaşlığı olmayan Rusiya Federasiyası vətəndaşının sülh şəraitində hərbi xidmət qaydaları da dəqiqləşdirilib.
Xatırladaq ki, Rusiyada “Əcnəbi legion”un yaradılması mövzusu ötən ilin noyabrında Dövlət Dumasında qaldırılmışdı.
-
MDB21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı