ŞOK: İŞİD-in qadın bazarındakı qiymətlər açıqlandı - VİDEO, FOTO
Bizi izləyin

Dünya

ŞOK: İŞİD-in qadın bazarındakı qiymətlər açıqlandı - VİDEO, FOTO

İŞİD terror təşkilatının İraq və Suriyadan qaçıdığı xristian və yezidi qadınları qul bazarında satması rəsmi sənədlərlə təsdiq olunub.

Publika.az-ın məlumatına görə, sözügedən sənəd İraqda öldürülən İŞİD əmirlərindən birinin üzərindən çıxıb. Sənəddə İŞİD tərəfindən bir qul bazarı yaradıldığı, xristian və şeytana sitayiş edən qadınların burada satıldığı qeyd edilib.

Üzərində hicri təqvimə görə, 14 Zilhiccə 1435 (16 oktyabr 2014) tarixi olan sənəddə bazara hər yaşda və hər qiymətə qadın çıxarıldığı bildirilir. İŞİD-in yüksək rütbəli əmirlərə göndərdiyi "Qənimət satış qiymətləri” sənədində qadən alverində iştirak etməkdən imtina edənlərin öldürüləcəyi vurğulanıb.

Sənədə görə, 40-50 yaşlı qadınlar 50 min (təxminən 30 AZN), 30- 40 yaş arasındakı qadınlar 75 min (60 AZN), 20-30 yaşlı qadınlar 100 min (90 AZN), 10-20 yaşlı qızlar 150 min (120 AZN), 1-9 yaşlı qızlar isə 200 min dinara (150 AZN) satılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm