Dünya
İranda 6 məhkum edam edilib
İranı Urmiya zindanında narkotik qaçaqmalçılığı ilə ittiham olunan 6 nəfər edam edilib.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, Urmiyə zindanının həyətində asılaraq edam edilənlərdən biri Hüseyn Vətənzad Qarabağ Salmasda sünni türklərin (Kürəsünni) yaşadığı İstisu kəndindəndir.
Anası Salmasın İstisu kəndi, atası isə Urmiyənin Qarabağ kəndindən olan Vətənzadın dayısı Yusuf İslamdust və qohumu Fərhad İslamdust müvafiq olaraq 2012 və 2011 illərində edam edilib. Amnesty International-ın yaydığı bəyanatlarda İslamdustların ədalətsiz məhkəmələr və işgəncə altında alınmış etiraflar əsasında mühakimə olunduqlarını bildirmişdi.
Beynəlxalq insan haqları qurumlarının yaydığı bəyanatlara əsasən İranda narkotik qaçaqçılığı ilə ittihamı edilənlərin əksəriyyəti gücsüz və yoxsul insanlar, habelə qadınlar, etnik qruplar, dini azlıqlar və xarici ölkələrin vətəndaşlarından ibarət olur. Bunların çoxu ədalətsiz məhkəmələrdə mühakimə edilirlər.
Amnesty International daha əvvəl yaydığı bəyanatlarda Qərbi Azərbaycanda yaşayan sünni türkləri bəluçlar və Əfqanıstan vətəndaşları ilə birlikdə İranda ən çox edam riski ilə üzləşən azlıq icmalar olaraq göstərib.
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı
-
Dünya16:10
Məşhur türk astroloq 2 həftə əvvəl görün nəyə işarə edib: bu ölkənin adını açıqlayıb - FOTO
-
Yaxın Şərq15:57
İsrail bu telekanalın maşınını vurdu: 5 jurnalist öldü
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi
-
Dünya13:39
Vanqa və Nostradamusun 2025-ci il üçün kəhanətləri: Xəstəlik, müharibə, təbii fəlakət...
-
Nida Xəbər 13:28
Təyyarəmizi dron vurub? - AZAL prezidentindən AÇIQLAMA