Olland peşmanlığını etiraf etdi: “Kaş vuraydıq”
Bizi izləyin

Dünya

Olland peşmanlığını etiraf etdi: “Kaş vuraydıq”

NATO və BMT-nin qərarını gözləmədən Liviyaya bomba yağdıran Fransanın prezidenti Fransua Olland Suriyanı vurmadıqları üçün peşmanlığını dilə gətirib.

Publika.az-ın verdiyi xəbərə görə, “France Inter” radiosuna danışan prezident “2013-cü ildə kimyəvi silahdan istifadə edilərkən Suriyaya müdaxilə etmədiyimiz üçün peşmanam. Müdaxilə reallaşmadı və indi qarşımızda İŞİD var” deyib.

Fransa prezidenti həmçinin İŞİD terror qruplaşması ilə mübarizədə Suriya rejimi ilə əməkdaşlıq etməyin əleyhinə olduğunu bildirib: “Bu cür əməkdaşlıqdan qaçmaq daha yaxşı olar. Şeytanla yoldaşlıq etsəniz, Tanrının köməyinizə gəlməyi ehtimalı da azalır”.

Olland İranın isə İraq və Suriyada sabitliyin əldə olunması üçün əhəmiyyətli bir tərəfdaş olduğunu vurğulayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm