Həyat yoldaşının və 7 aylıq oğlunun başını kəsdi
Bizi izləyin

Dünya

Həyat yoldaşının və 7 aylıq oğlunun başını kəsdi

Polis əməkdaşları həyat yoldaşını və 7 aylıq oğlunu qətlə yetirməkdə şübhəli bilinən kişinin axtarışına çıxıb.

Publika.az Gazeta.ru-ya istinadən xəbər verir ki, Moskvada Storogevoy küçəsi, ev 40-da qeydə alınmış dəhşətli qətl hadisəsi az qala bütün Rusiyanı şoka salıb.

Hüquq mühafizə orqanlarının verdiyi məlumatda bildirilir ki, sözügedən ünvanda yaşayan kişi həyat yoldaşını və 7 aylıq oğlunu qətlə yetirdikdən sonra onların başını kəsib. İlkin versiyaya görə, ər spirtli içki aludəçisi olub. O, hadisə baş verdiyi günədək durmadan spirtli içki qəbul etdiyi üçün həyat yoldaşı ilə arasında mübahisə yaranıb. Nəticədə ər həyat yoldaşını və körpə oğlunu xüsusi amansızlıqla qətlə yetirib.

Polisin araşdırmaları zamanı bəlli olub ki, sözügedən cinayət hadisəsi törətmiş şəxs təhlükəsizlik xidmətində çalışıb. Rusiya Daxili İşlər Nazirliyi baş vermiş hadisə ilə bağlı istintaq qrupu yaradıb. Həyat yoldaşını və oğlunu qətlə yetirmiş şəxs barəsində axtarış elan olunub.

Vazeh

Oxumağa davam et
Reklam
Reklam

Gündəm