Qəza qurbanlarının axtarış ərazisi genişləndirilib
Bizi izləyin

Dünya

Qəza qurbanlarının axtarış ərazisi genişləndirilib

AirAsia hava yollarına məxsus təyyarənin qalıqlarının və qəza qurbanlarının axtarış ərazisi genişləndirilib.

Publika.az xəbər verir ki, bu barədə İndoneziyanın Milli Xilasetmə Agentliyinin rəhbəri Henri Bambanq açqılama verib.

O deyib ki, laynerin qara qutusunun axtarışları davam etdirilir.

AirAsia hava yollarına məxsus təyyarə bir həftə əvvəl qasırğa zamanı qəzaya uğrayıb. Xilasetmə dəstələri təyyarənin qara qutusunun yerləşdiyi arxa hissəsinin yerini müəyyən etdiklərini ehtimal edir.

Avstraliyalı məhkəmə ekspertləri cəsədlərin kimliyinin müəyyən edilməsində İndoneziya rəsmilərinə yardım göstərir. Qəzaya uğrayan zaman təyyarədə 162 sərnişin olub. Lakin indiyədək 37 cəsəd aşkar edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm