Almaniyada “Pegida”ya qarşı hərəkat başlandı - FOTO
Bizi izləyin

Dünya

Almaniyada “Pegida”ya qarşı hərəkat başlandı - FOTO

Almaniyanın 80 məşhur adamı – siyasətçilər, incəsənət aləminin nümayəndələri, sahibkarlar, idmançılar, şou-biznes ulduzları çərşənbə axşamı, yanvarın 6-da “Bild” adlı alman tabloidinin səhifələrində əcnəbilərə qarşı yalançı fobiyanı və dözülməzliyi pisləyərək “Pegida” antiislam hərəkatı əleyhinə çıxdıqlarını bildiriblər.

Publika.az-ın məlumatına görə, Almaniyanın iki keçmiş federal kansleri – Helmut Şmidt və Herhard Şröder antiislam hərəkatının fəaliyyətini qətiyyən qəbul etmədiklərini qeyd ediblər. Şmidtin sözlərinə görə, “Pegida” hərəkatının aksiyaları “Almaniyaya xas olmayan anlaşılmaz xurafata, ksenofobiyaya və dözülməzliyə” çağırır. Şmidt deyib: “Biz tariximizə və iqtisadi dərrakəmizə müraciət etsək başa düşərik ki, Almaniya qaçqınları və siyasi sığınacaq istəyən insanları rədd edə bilməz”. O, “Pegida”ya birmənalı şəkildə “yox” deyərək ölkənin dünyaya açıq olmasına çağırıb.

AFR-in keçmiş kansleri Herhard Şröder “Pegida” barəsində aydın mövqe tutan demokratik partiyaların və kilsənin mövqeyini bəyənib və xatırladıb ki, 14 il bundan əvvəl də Almaniyda ksenofobiyaya qarşı belə etiraz aksiyaları keçirilib. Düsseldorfda sinaqoqun yandırılması bu aksiyalara səbəb olmuşdu. Şröder deyib: “Bizim indi də belə qarşıdurmaya ehtiyacımız var”.

AFR-in maliyyə naziri Volfqanq Şoyble, iqtisadiyyat naziri Ziqmar Qabriel, xarici işlər naziri Frank-Valter Ştaynmayer, yazıçı və jurnalist Ulrix Vikert, aktyor Volfqanq Ştump və bir çox başqaları da “Pegida” antiislam hərəkatını pisləyiblər.

Almaniyanın futbol üzrə yığma komandasının meneceri Oliver Birhoff tərkibində bir çox miqrant oyunçuları olan bundestimin dünya çempionu olmasını misal göstərib. Buna görə Birhoff əminliklə bildirib ki, cəmiyyətdə də inteqrasiya “bizim yığma komandamızda olduğu kimi” həyata keçirilməlidir.

Bundan əvvəl bir çox şəhərlərdə, o cümlədən Kölndə və Berlində minlərlə adam “Pegida”nın aksiyalarına qarşı öz etirazını bildirmək üçün küçələrə çıxıb. Bununla belə Drezdendə antiislam hərəkatı tərəfdarlarının sayı onun əleyhinə çıxanların sayından xeyli çoxdur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm