İstanbul terrorçusunun valideynləri: O, bizim qızımız deyil - İMTİNA
Bizi izləyin

Dünya

İstanbul terrorçusunun valideynləri: O, bizim qızımız deyil - İMTİNA

Ötən axşam İstanbulda terror aktı həyata keçirən şəxsin ailəsi qızlarının cəsədini tanımaq üçün bu gün Türkiyənin ədliyyə xəstəxanasının morquna aparılıb.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, bu zaman intihar edən qızın valideynləri həmin cəsədin terror aktını törətməkdə şübhəli bilinən Elif Sultan Kalsenə aid olmadığını bildiriblər.

Elif Sultan Kalsenin atası Mehmet Kalsen və anası Şirin Kalsen xəstəxananın girişində qızlarının bu cür addım atmasına inanmadıqlarını deyiblər. Türkiyənin Kocaeli vilayətində yaşayan ailənin bu ifadəsi hadisəni araşdıran müstəntiqlər tərəfindən də qeydə alınıb.

İntihar edən qızın anası Şirin Kalsen media nümayəndələrinə müraciət edərək bildirib ki, göstərilən cəsəd onun qızına aid deyil: “O, bizim qızımız deyil. Xahiş edirəm ki, bizi çəkməyin”.

Xəstəxanada olan vəkil Ebru Timtik də deyib ki, Elif Sultan Kalsenin valideynləri cəsədin onların qızlarına aid olmadığını iddia ediblər: “Biz içəri daxil olan zaman gördük ki, Elif Sultan Kalsenın anası və atası oradadır. Bizə 1.60 santimetr boyunda, ağ bədənli bir qadının cənazəsini göstərdilər. Ancaq bu Elif Kalsen deyildi. Ailəsi də cəsədi tanıya bilmədi. Bizə göstərilən adamı daha öncə heç yerdə görməmişdim”.

İstanbuldakı terror aktının məsuliyyətini üzərinə götürən İnqilabçı Xalq Qurtuluş Partiyası-Cəbhəsinin (DHKP-C) internet saytında yerləşdirilən bəyanatında isə terror aktını Elif Sultan Kalsenin törətdiyi iddia olunur. DHKP-C sabah bununla bağlı geniş məlumat yayacağını bildirib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm