Hadisə şahidindən şok sözlər: “Biz Əl-Qaidəyik”
Bizi izləyin

Dünya

Hadisə şahidindən şok sözlər: “Biz Əl-Qaidəyik”

Fransanın satirik jurnalı “Charlie Hebdo”nun redaksiyasına edilən hücumun şahidlərindən biri olan karikaturaçı Korinne Rey danışıb.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, silahlılar karikaturaçıya jurnal redaksiyasının qapısını açdıraraq “Biz “Əl-Qaidə”yik” deyiblər.

Xəbərə görə, karikaturaçı qızını xəstəxanaya apardıqdan sonra redaksiyaya gəlib. Redaksiyanın qapısında onunla iki silahlı qarşılaşıb. O, silahlı şəxslərin təhdidi ilə şifrəli qapını açdığını və onların 5 dəqiqə binada qaldığını söyləyib.

Reyin ifadəsinə görə, silahlı şəxslər fransız dilində yaxşı danışırdılar. O, masanın altına oturmaqla xilas olduğunu bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm