Dünya
Rusiyanın iki telekanalının yayımı qadağan ediləcək
Litva hakimiyyəti Rusiyanın ölkə ərazisində təbliğatına ciddi zərbə vurmaq niyyətindədir.
Publika.az-ın “İnterfaks” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Litva Televiziya və Radio Verilişləri Komissiyası Rusiyanın “RTR Planet" və “NTV Mir Lithuania” kanallarının Litva ərazisində yayımının qadağası üzrə prosedurlara başlamağa qərar verib.
Bu qərar Ukraynadakı vəziyyət və Rusiya prezidentinin Avstraliyaya səfəri haqqında telekanallarda gedən reportajlardan sonra qəbul edilib. Ukraynadakı vəziyyət haqqında material “RTR Planet”də 15 noyabr, Putinin Avstraliyaya səfəri haqqında material isə “NTV Mir Lithuania”da 23 noyabrda efirə gedib.
Litva Televiziya və Radio Verilişləri Komissiyanın fikrincə, materiallarda jurnalist işinin obyektivliyi prinsipinə riayət edilməyib və birtərəfli yanaşma təqdim olunub.
Ömər Dağlı
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman26 Dekabr 20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial26 Dekabr 19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman26 Dekabr 18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş