İŞİD Samaranı mühasirəyə alıb
Bizi izləyin

Dünya

İŞİD Samaranı mühasirəyə alıb

İslam Dövləti (İD) döyüşçüləri İraqın mərkəzi Samara şəhərində iraqlı təhlükəsizlik işçilərinə hücum edib. İki nəfər həlak olub, 28 adam xəsarət alıb.

Publika.az-ın məlumatına görə, onlar Samaranın qərbindəki şosedə yerləşən keçid məntəqələrinə beş intiharçı bomba hücumu həyata keçirib.

Bomba hücumlarından sonra şəhərin özünə minomyot hücumu edilib.

Əhalinin əksəriyyəti Sünni Müsəlmanlar olan lakin Şiə İslamının ən müqəddəs yerlərindən birinə sahib olan Samara İD tərəfindən əhatə olunub.

Əsgərlər cihadçıları şəhəri nəzarətə almaqdan dayandıra və bu yaxınlarda cənubdakı şəhər və kəndləri geri ala biliblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm