Paris cəhənnəmə çevrilir: şəhər ətrafında atışma, 2 ölü (YENİLƏNİB)
Bizi izləyin

Dünya

Paris cəhənnəmə çevrilir: şəhər ətrafında atışma, 2 ölü (YENİLƏNİB)

Fransanın Uaza departamentinin cənubunda cinayətkarlarla hüquq-mühafizə orqanlarının əməkdaşları arasında atışma olub.

Publika.az-ın “Le Parisien” qəzetinə istinadən verdiyi məlumata görə, atışma zamanı 2 nəfər ölüb, 20-si yaralanıb.

Məlumata görə, Parisdə “Charlie Hebdo” satirik jurnalının redaksiyasına hücum etməkdə şübhəli hesab olunan Şərif və Səid Kuaşi qardaşları bu gün Parisin 50 kilometr cənubunda yerləşən Dammarten-an-Qoel departamentində insanları girov götürüb.

Qeyd olunur ki, şübhəli şəxslər CDT sənaye zonasındakı mətbəənin binasında mövqe tutub. Sənaye zonası polis tərəfindən tamamilə mühasirəyə alınıb. Girovların sayı açıqlanmayıb.

***

Fransada naməlum şəxslər Sena departamentinin Marna regionunda insanları girov götürüblər.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə RTL radiosu bildirib.

Girovların sayı və zərərçəkənlər barədə informasiyalar hələlik yoxdur.

Daha əvvəl Dammarten-an-Qoel şəhərində “Charlie Hebdo” satirik jurnalının redaksiyasına hücumda şübhəli sayılan iki şəxsin təqibi zamanı atışma olub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm