Dərisi soyulmuş, boğazı kəsilmiş cəsəd tapıldı
Bizi izləyin

Dünya

Dərisi soyulmuş, boğazı kəsilmiş cəsəd tapıldı

Küçədə üzünün dərisi soyulmuş və boğazı kəsilmiş 40 yaşlarında bir kişi cəsədi tapılıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Mersində Mərkəz Toroslar mahalı Karaisalı prospektində yerləşən portağal bağçasına gedən Həsən Aktaş adlı şəxs qonşusunun bağçasında naməlum kişi cəsədi görüb.

O, dərhal polisə bu barədə məlumat verib. Hadisə yerinə gələn polislər əməkdaşlarının araşdırmaları zamanı həmin cəsədin 40 yaşlarında bir kişiyə aid olduğu müəyyənləşib. Həmçinin o da bəlli olub ki, cəsədin üzünün dərisi bıçaqla soyulub, boğazı isə kəsilib.

Polis üzərində sənədləri çıxmayan cəsədin kimə aid olduğunu və qətli törədən şübhəlilərin müəyyənləşdirilməsi üçün müvafiq araşdırmalara başlayıb. Cəsəd hadisə yerini araşdırma qrupu və prokurorun incələmələrindən sonra tibbi ekspertiza üçün xəstəxananın morquna aparılıb.

Vazeh

Oxumağa davam et
Reklam
Reklam

Gündəm