Parisdə beş nəfər girov götürüldü, 2 nəfər öldürüldü – SON DƏQİQƏ
Bizi izləyin

Dünya

Parisdə beş nəfər girov götürüldü, 2 nəfər öldürüldü – SON DƏQİQƏ

Parisin şərqində iki “Kalaşnikov” avtomat silahı ilə silahlanmış naməlum şəxslə polis arasında atışma olub.

Publika.az-ın “Agence France-Presse” agentliyinə istinadən verdiyi məlumata görə, naməlum cinayətkar mağazada ən azı beş girov saxlayır.

Hadisə yerinə xüsusi polis bölmələri cəlb edilib. Polis silahlının dünən Parisin cənubundakı Monruj şəhərində polisin əməkdaşını öldürən şəxs olduğunu istisna etmir. Məlumata görə, polislə atışma nəticəsində bir nəfər yaralanıb.

Son məlumatlara görə, atışma zamanı 2 nəfər öldürülüb.

Eyni zamanda, Parisin şəhərətrafında “Charlie Hebdo” jurnalının redaksiyasına hücumda şübhəli hesab olunan Səid və Şərif Kuaşi qardaşlarının gizləndiyi bina mühasirədə saxlanılır. Bəzi məlumatlara görə, onların əlində bir neçə girov var. Lakin onların dəqiq sayı məlum deyil.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm