Dünya
Terrorçular öldürülməzdən əvvəl nəyi etiraf etdilər? - DETALLAR
Xəbər verildiyi kimi, “Əl-Qaidə” terror təşkilatı Parisdəki terror aktının məsuliyyətini öz üzərinə götürüb. Bu barədə “Əl-Qaidə”nin Yəməndəki qruplaşmasının üzvü açıqlama verib. O deyib ki, hücumun planı onlar tərəfindən hazırlanıb və həyata keçirilib. Parisdə öldürülən silahlılar da bunun etiraf edib.
Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, Səid və Şərif Kuaşi qardaşları, həmçinin Parisdə mağazada girovların azad edilməsi əməliyyatı zamanı öldürülən Amedi Kulibali öldürülməzdən əvvəl telefonla danışıblar.
Şərif Kuaşi ona “Əl-Qaidə”nin Yəmən qolu tərəfindən vəzifə verildiyini söyləyib. İddiaya görə, BFM TV kanalının müxbiri Kuaşi qardaşlarının mühasirəyə alındığı mətbəəyə zəng edib və telefona cavab verən Şərif Kuaşi “Məni “Əl-Qaidə”nin Yəmən qolu göndərdi. Yəmənə getdim. Məni maliyyələşdirən Ənvər əl-Evlaki idi" deyib. Qeyd olunur ki, Səid Kuaşi 2011-ci ildə Yəmənə gedərək “Əl-Qaidə”nin keçmiş liderlərindən olan Ənvər əl-Evlaki ilə görüşdüyü hələ bir müddət əvvəl ortaya çıxıb.
“Reuters” xəbər agentliyinə danışan yəmənli kəşfiyyatçı, Səid Kuaşinin 2011-ci ildə dini təhsil almaq üçün bir neçə il Yəməndə qaldığını söyləmişdi.
Market hücumunu təşkil edən Amedi Kulibali isə BFM TV telekanalına zəng edərək əmrləri İŞİD terror qruplaşmasından aldığını bildirib.
Ömər Dağlı
-
Sosial01:41
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman26 Dekabr 20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial26 Dekabr 19:20
Ramiz Tatarov azadlığa çıxdı